Lukaşenko gəlirlərini açıqladı Nə maşını var, nə də əmlakı...

25.12.2024

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 2023-cü il üçün gəlirlərini bəyan edib.
Teleqraf.com xəəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunmuş məlumatda qeyd edilib.
Məlumata görə, Belarus prezidenti 2023-cü ildə 203 590 Belarus rubl (təxminən 100 min manat) məbləğində qazanc əldə edib.
Belarus liderinin bəyannaməsinə görə, onun yeganə gəlir mənbəyi maaşıdır. Eyni zamanda, Lukaşenkonun daşınmaz əmlakı və ya nəqliyyat vasitələri yoxdur.
Belarusun hazırkı prezidenti həyat yoldaşı Qalina Lukaşenko isə 2023-cü ildə 9207 Belarus rubl (təxminən 4 min 600 manat) gəlir əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью