Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Lukaşenko istənilən oyundan çıxmaq bacarığına malikdir. O, dar nöqtələrdən çıxmaqda ustadır.
Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı politoloq Valentin Hayday deyib.
"Bu gün o, sözbəsöz olaraq bunları bəyan etdi: "Qarşı tərəfdəki qüvvələr ilk növbədə ərazi müdafiə birləşmələri olduğu halda, biz burada ukraynalılara qarşı necə döyüşə bilərik?" Aydındır ki, onun quyruğu qapı arasındadır. O, Zelenskinin ultimatumu ilə qorxudulub və ümumiyyətlə Ukraynadan qorxur. Bununla belə, o, başını dik tutaraq vəziyyətdən çıxmaq istəyir - buna görə də belə cəfəngiyyatlar danışır" - politoloq deyib.
O, qeyd edib ki, düzünü desəm, Lukaşenko hələ də acınacaqlı görünür, amma bu gün əsas odur ki, Belarus heç bir şəkildə Ukraynaya qarşı müharibəyə cəlb olunmayacaq.
Cavid