Lukaşenko ilə Paşinyanın görüntüsü maraq doğurdu KONKRET

03.09.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin Prezidenti Si Cinpinin dünya liderləri üçün təşkil etdiyi bayram yeməyində qəribə anlar yaşanıb. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan ziyafətdə eyni masada əyləşiblər.

Lakin ikili bir-birilərinin üzünə baxmayıblar. Həmin adın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Videoya diqqətlə nəzər yetirdikdə Lukaşenkonun Paşinyan tərəfə başını tərpətmədən baxmağa çalışdığı müşahidə olunur.

Paşinyan və Lukaşenko arasında gərginliyin davam etdiyi, ikilinin təmas qurmadığı və müzakirə aparmadığı deyilir. Sonuncu dəfə Moskvada faşizm üzərində qələbənin 80 illiyi münasibətilə keçirilən paradda bir araya gələn liderlər arasında maraqlı dialoq yaşanmışdı. Belə ki, paradda qələbə əməyi keçən Azərbaycan ordusunun hərbçiləri də iştirak ediblər. İddialara görə, Lukaşenko paradı izləyən zaman Paşinyana, “Azərbaycan hərbçilərini alqışlamağa gəlmisən?”, – deyə ironiya ilə  sual ünvanlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью