Icma.az, Ayna saytına istinadən bildirir.
Belarus lideri hava limanında SSRİ ilə bağlı xatirələrini bölüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko İndoneziya arxipelaqına dövlət səfəri edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Pul Pervogo" “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Belarus liderinin təyyarəsi Halim Perdanakusuma Beynəlxalq Hava Limanına eniş edib.
Səfəri zamanı Lukaşenko İndoneziya hökumətinin üzvləri ilə görüşüb və orada SSRİ ilə bağlı xatirələrini bölüşüb: "Belarus texnologiyalarının kökləri Sovet İttifaqındadır. O dünyanın ən inkişaf etmiş ölkələrindən biri idi. Biz bu texnologiyaları qoruyub saxlamışıq və bir çox cəhətdən onları modernləşdirmişik".