Lukaşenko kiçik oğlunun siyasi varis olmaq ehtimalına münasibət bildirib

08.08.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin "Time" jurnalına müsahibəsində kiçik oğlu Nikolayın onun siyasi varisi olub-olmayacağına dair suala cavab verib.

Oxu.Az xəbər verir ki, A.Lukaşinko, xüsusən Qərb mediasında tez-tez gündəmə gətirilən bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

"Xeyr, o, varis deyil. Xeyr, xeyr, xeyr. Əgər sən bu sualı onun özünə ünvanlasan, Nikolayı incitmiş ola bilərsən", - deyə Aleksandr Lukaşenko cavabında bildirib.

Məlumat üçün əlavə edək ki, A.Lukaşenkonun üç oğlu var. Onlardan ən kiçiyi olan Nikolay Lukaşenko çox vaxt atasının siyasi varisi kimi təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью