Lukaşenko: KTMT nin qərb cinahında hərbi risklər artır

27.11.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərb cinahında hərbi risklər və təhdidlər artır, vəziyyət Belarusun hazırda yaşadığı mühasirəyə alınmış qalaya bənzəyir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən sammitində deyib. 

"KTMT-nin sərhədləri boyunca, xüsusən də təşkilatın qərb cinahında hərbi risklər və təhdidlər artır, burada ağlabatan və sabit vəziyyət qorunmalıdır. Vəziyyət mühasirəyə alınmış qalaya bənzəyir, çünki Belarus bu gün özünü mühasirədə hiss edir", - o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью