Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı müasir dünyada hərbi təhdidlərin artdığını bildirib.
“Cebheinfo.az” BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko informasiya, diplomatik, maliyyə, iqtisadi və digər sanksiya təzyiqlərin artıq günümüzün reallığına çevrildiyini deyib.
“Dünya güclərinin arsenalına artıq yalnız rəngli inqilablar və hibrid taktikalar daxil deyil. Birbaşa, kütləvi hərbi təcavüz artıq nümayişkaranə şəkildə geri qayıdıb”, - deyə Belarus lideri bildirib.
Lukaşenko əlavə edib ki, yaranmış çətinliklərə cavab olaraq Avrasiyada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması, qarşılıqlı etimad və əməkdaşlıq məkanının yaradılması vacibdir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin