Lukaşenko Latviya ilə sərhəddəki vəziyyəti gərgin adlandırıb

16.10.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya ilə sərhəddəki vəziyyəti xüsusilə gərgin adlandırıb və Riqanın təxribatını xatırladıb.
Newscenter.az xəbər verir ki. müvafiq video Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pool Pervyi" Telegram kanalı tərəfindən yayılıb .
"Buradakı vəziyyət xüsusilə gərgindir. Bu kiçik dövlətlər - nəhəng bir dövlət olmasaq da - həyasızcasına davranırlar. Onlar böyük dövlətləri - Almaniya, Fransa, Polşa, Böyük Britaniyanı - təhrik edir və onları bura itələyirlər. Bu yaxınlarda Latviya ilə sərhəddə təxribat baş verdi. Guya siz ora bir neçə miqrant göndərmisiniz. Sərhədçiləri dindirməyə başladım", - deyə o, Latviya ilə həmsərhəd olan Vitebsk vilayətinin Verxnedvinski rayonunda milis bölməsi üçün təlimə baş çəkərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Belarusun qonşularının bu cür hərəkətləri sayıqlığı tələb edir.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью