Lukaşenko Makronu ağsaqqal adlandırdı

29.05.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronu Avropa İttifaqının “ağsaqqalı” adlandıraraq onu daha fəal olmağa çağırıb.
Bu barədə Belarus dövlət agentliyi BelTA məlumat yayıb.
Bildirilib ki, Lukaşenko Makronla mayın 24-də telefon danışığı aparıb. Danışığın Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunub.
Lukaşenko çıxışı zamanı Makronun Avropa siyasətində daha aktiv rol oynamalı olduğunu vurğulayıb və “hərəkətə keçməyin vaxtı çatdığını” bildirib.
Tərəflər arasında aparılan danışığın detalları isə açıqlanmayıb.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью