Lukaşenko məmurları yalnız öz pullarını məşuqələrinə xərcləməyə çağırıb

04.04.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko məmurları dövlət hesabına deyil, öz hesablarına məşuqələrinə pul xərcləməyə çağırıb. 
Demokrat.az
xəbər verir ki , o, bu barədə bədən tərbiyəsi və idman təşkilatlarına dəstəyin göstərilməsi məsələsinə həsr olunmuş iclasda bildirib.
Dövlət başçısı komanda idmanında asayişin bərpası üçün hansı işlər görüldüyünü və federasiyalara ayrılan dövlət pullarına necə nəzarət edildiyini oradakı məmurlardan öyrənmək istəyib. 
Prezident onlara xəbərdarlıq edib ki, bu gün bu vəsaitlərin əslində hara getdiyini izləməkdə problem yoxdu:
"Kişi kimi demək istəyirəm ki, siz ailənizi, yaxınlarınızı, sevgilinizi və başqalarını dövlət hesabına yox, öz pulunuzla dolandırmalısınız".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью