Lukaşenko: “Müharibə istəmirik, amma hazırlaşırıq”

22.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə deyib.

“Bu müharibə nə sizə, nə də bizə lazım deyil. Amma bunun baş verməməsi üçün hazır olmalıyıq. Buna görə də qərb istiqamətindəki birgə qüvvələrimizə həmişə ehtiyac olacaq. Bu gün də vəziyyət yaxşıdır”, - dövlət başçısı söyləyib. 

Belarus lideri rusiyalı nazirə Ukrayna və Qərb ölkələri ilə sərhədlər boyunca müxtəlif texniki vasitələrdən istifadə edərək monitorinqin təşkilində Rusiyanın göstərdiyi köməyə görə təşəkkür edib.  

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlarda görüşəndə Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələni müzakirə ediblər.

“O, yaxşı insandır, bu məsələdə bizə kömək etməyə söz verdi”, - A.Lukaşenko deyib.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью