Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi "BELTA" məlumat verib.
“Əlbəttə, bizim qaçaqlar artıq Qərbə hücum edib, onların siyasətini özünüz də görürsünüz: “Qalasuem suprats usih” (“Hamının əleyhinə səs verin”). Səsvermə hələ başlamayıb, ola bilsin kimsə bu yarışdan çəkilsin və s. amma artıq “suprats usikh”. Bu namizədlərin nədən danışacağını hələ eşitməmişik, yox - “suprats usih”. Amma bu, onların işidir, bəyan etmək hüququdur”, - deyə Lukaşenko məmurlarla görüşdə bildirib.
Lukaşenkonun fikrincə, xaricdən “söymək, hədə-qorxu gəlmək asandır”. “Bura gəlib seçkilərdə iştirak etməlisiniz. Necə gəlmək olar – bu suala artıq bir neçə dəfə cavab verilib”, - deyə Lukaşenko qeyd edib.
O, həmçinin vurğulayıb ki, prezident kimi heç kimə təzyiq etmək fikrində deyil. “Heç bir zorakılıq yoxdur, heç bir siyasi məhbusumuz yoxdur. Bu, seçki kampaniyasıdır, bu, seçkidir - burada insanlar hər şeyi öz bildikləri kimi həll etməlidirlər. Yalnız sonra, dediyim kimi, bağışlayın, biz seçildik - işə başlayaq”, - deyə prezident qeyd edib.
Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürüb. Belarusda prezident seçkilərində 5 namizəd iştirak edir.
Qadir, Bizimyol.info