Lukaşenko növbəti müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır

08.08.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Belarus Prezidenti Aleksandr Lukaşenko ümid edir ki, onun varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.

APA “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Amerikanın “Time” jurnalına müsahibəsində bildirib.

Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.

“Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox”, - Aleksandr Lukaşenko cavab verib.

Belarus dövlət başçısı növbəti müddətə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı məsələsinə də münasibət bildirib: “Xeyr, mən indi planlaşdırmıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью