Lukaşenko oğlunun ən çətin bölmədə hərbi xidmət keçdiyini açıqlayıb

11.09.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, kiçik oğlu Nikolay orduda xidmət edir.

525.az xəbər verir ki, bu barədə Lukaşenko BelTA agentliyinə bildirib.

“Kiçik oğlum artıq orduda xidmət edir. Heç kim bundan xəbərdar deyil. Müdafiə naziri Viktor (müdafiə naziri Viktor Xrenin) onu hərbi xidmətə çağırıb. Orduda hamı kimi, qaydalara uyğun xidmət edir. Leytenantdır. Harada xidmət etdiyini deməyəcəyəm, amma ən çətin bölmədədir”, – o deyob.

Lukaşenko qeyd edib ki, Nikolay eyni zamanda asudə vaxtında ali məktəbdə öyrəndiyi biotexnologiya sahəsində təhsilini davam etdirir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью