Lukaşenko: Ölkələr arasında süni məhdudiyyətlər siyasəti perspektivsizdir

01.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkələr və xalqlar arasında əlaqələrin süni şəkildə məhdudlaşdırılması siyasətinin nəticəsiz olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Lukaşenko bu fikirləri İsveçrənin Milli Günü münasibətilə həmin ölkənin xalqına ünvanladığı təbrik mesajında səsləndirib.

“Belaruslar və isveçrəliləri şəxsi əlaqələrlə yanaşı, tolerantlıq və bütün məsələlərin sülh yolu ilə həllinə olan istək birləşdirir. Bu, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır”, – deyə Belarus lideri bildirib.

Onun sözlərinə görə, hazırda insanlar və dövlətlər arasında təmasların süni şəkildə məhdudlaşdırılması siyasətinin perspektivsiz olduğu tam aydın görünür.

Lukaşenko qeyd edib ki, Belarus və İsveçrə birgə səylərlə sülhün təmin olunmasına, daha davamlı və ədalətli qlobal nizamın qurulmasına mühüm töhfə verə bilərlər.

Belarus Prezidenti İsveçrənin çoxmillətli xalqına həmrəylik, rifah və xoşbəxt həyat arzulayıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью