Lukaşenko Omandan Əlcəzairə gedib FOTO

02.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Əlcəzairə rəsmi səfərə gedib.

APA xəbər verir ki, bu barədə “Minsk-Novosti” agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səfər Əlcəzair Prezidenti Abdelməcid Tebbunun dəvəti ilə baş tutub.

Məlumata görə, bu, iki ölkə arasında diplomatik əlaqələrin 30 illik tarixində ali səviyyədəki ilk səfər olacaq.

Səfərdən öncə Əlcəzairdə genişmiqyaslı biznes-forum və nazirlər səviyyəsində danışıqlar keçirilib.

Bildirilir ki, danışıqların əsas mövzusu ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olacaq. Tərəflər aqrar-sənaye kompleksi üzrə konkret layihələri, texnika tədarüklərini, sənaye, tibb və təhsil sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

Səfərin nəticəsi olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Lukaşenko daha əvvəl Omanda səfərdə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью