Lukaşenko onların rütbəsini geri aldı SƏBƏB

19.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 20-dən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanlarının əməkdaşını rütbələrindən məhrum edib.

Publika.az xəbər verir ki, Lukaşenko bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, keçmiş hərbi qulluqçular və müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları - ümumilikdə 21 nəfər hərbi və xüsusi rütbələrdən məhrum edilib.

Qeyd edək ki, sözügedən hərbçilər 2020-ci ildə ictimai-siyasi vəziyyətin gərginləşdiyi dövrdə qanunsuz hərəkətlərə yol veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью