Lukaşenko: Oreşnik raketləri Qərbin addımlarına cavabdır

10.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Belarusda Rusiyanın "Oreşnik" kompleksinin yerləşdirilməsi Qərb siyasətçilərinin addımlarına cavabdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk vilayətinə səfəri zamanı bildirib.

"Amerikalılar sabah almanlarla birlikdə ola, Avropada orta mənzilli silahları yerləşdirə bilərlər. Lakin onlar "Oreşnik" deyil, orta mənzillidir. Biz də onlara cavab olaraq bu addımı atırıq", - o bildirib.

Onun sözlərinə görə, hazırda Belarusda "Oreşnik" komplekslərinin yerləşdirilməsi üçün yerlər seçilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью