Lukaşenko Paşinyana nota verdi Səfir XİN ə çağırıldı

06.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkilini çağıraraq Ermənistan tərəfinin "qeyri-dost hərəkətləri" ilə əlaqədar rəsmi etirazını bildirib. 

“AzPolitika” xəbər verir ki, buna səbəb Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamaları olub.

Belarus mətbuatının da qeyd etdiyi kimi, Simonyan Ermənistanın “Belarus kimi Rusiyanın quberniyasına çevrilməyəcəyini” və “Belarus kimi idarə olunmayacağını" deyib.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov cavab olaraq bildirib ki, bu cür şərhlər "seçki populizmi" və diqqəti Ermənistanın daxili problemlərindən yayındırmaq cəhdidir. O, həmçinin vurğulayıb ki, Belarus öz xarici siyasətini və müttəfiqlik münasibətlərini, o cümlədən Rusiya ilə əməkdaşlığı müstəqil şəkildə müəyyən edir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью