Lukaşenko Paşinyana “yalançı” dedi

31.05.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanı ittiham edib.

“Cebheinfo.az” BelTA-ya istinadən xəbər verir ki,  Lukaşenko Paşinyanın Ermənistan ərazisindən yeni tranzit qaz kəmərinin çəkilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib. 

"Bu yaxınlarda Paşinyanın dediyini eşitdim: "Baxın, boru kəmərləri bizim ölkəmizin içindən keçəcək və bizə qazla ödəniş ediləcək. Bol qaz və pul olacaq”. Bunun nə vaxt baş verəcəyi hələ də sual altındadır", - deyə Lukaşenko bildirib.

“Camaat, insanlar, təfərrüatlara varmayın. Bu borular haradan gələcək? Bilmək istərdim ki, o, niyə öz xalqına yalan danışır. Hansı borular? bu borular haradan gələcək, onları bu qazla kim təmin edəcək və nə qədər pul alacaqlar?”,- Lukaşenko deyib.

Onun sözlərinə görə, Rusiya hazırda Ermənistana rüsumsuz təbii qazı, məsələn, Avropa Birliyi bazarındakı qiymətindən bir neçə dəfə aşağı qiymətə satır.

“Ermənistan üçün min kubmetr üçün 150-160 dollar, Aİ-də təbii qazın qiyməti min kubmetr üçün 550-650 dollardır”, - deyə o bildirib. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью