Lukaşenko peşman olanları bağışladı

02.07.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Belarus prezidenti Aleksandr Lukaşenko bir qrup məhbusu əfv edib. Onların arasında müxtəlif cinayətlər, o cümlədən ekstremizm ittihamı ilə həbs edilmiş şəxslər də var.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı “Pul Pervoqo” Teleqram kanalı yayıb. Kanalın yazdığına görə, ümumilikdə 16 nəfər azadlığa buraxılıb – 8 qadın və 8 kişi.

Əfv olunan şəxslər arasında 50 yaşdan yuxarı olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və əlil məhkum da var. Həmçinin onların bir qisminin azyaşlı övladları olduğu bildirilir. Rəsmi məlumata əsasən, bu şəxslər törətdikləri əməllərdən peşman olduqlarını bildiriblər və gələcəkdə oxşar hallara yol verməyəcəklərinə söz veriblər. pizza mizza


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью