Lukaşenko prezident seçkiləri ərəfəsində Çinə gedir

04.01.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarus prezidenti Aleksandr Lukaşenko yanvarın 26-na planlaşdırılan ölkə prezidenti seçkiləri ərəfəsində Çinə səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu, Lukaşenkonun son üç ildə Çinə üçüncü rəsmi səfəri olacaq.

"Lukaşenko öz rejimini dəstəkləmək və Kremllə danışıqlarda mövqelərini gücləndirmək üçün Çinlə əlaqələri inkişaf etdirməyə çalışır", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью