Lukaşenko prezident vəzifəsinə görə dostlarını itirdiyini etiraf edib

07.11.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prezidentin, yəqin ki, dostları olmur. Mənim üçün çox iş görmüş tanışlarım var, bunu unutmuram. Amma dostlar zaman keçdikcə səndən çox şey tələb etməyə başlayırlar”

Belarus Prezidenti Aleksandr Lukaşenko tutduğu vəzifəyə görə demək olar ki, dostunun qalmadığını bildirib.

Sherg.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Lukaşenko Mogilyov vilayətində sakinlərlə görüşü zamanı qeyd edib ki, yaxın münasibətlər zamanla xüsusi münasibət və imtiyaz tələblərinə səbəb ola bilər.

“Prezidentin, yəqin ki, dostları olmur. Mənim üçün çox iş görmüş tanışlarım var, bunu unutmuram. Amma dostlar zaman keçdikcə səndən çox şey tələb etməyə başlayırlar”, -deyə o bildirib.

Belarus liderinin sözlərinə görə, belə tələblər vəzifədən sui-istifadəyə və korrupsiyaya yol aça bilər. O, özünün prezident olduğunu hər zaman xatırladığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью