Lukaşenko: Putin belə düşünmürdü, Zelenskiyə yazığım gəlir | Icma.az
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mən Zelenskiyə dedim ki, ABŞ-də hakimiyyətə yeni administrasiya gələcək və siyasət dəyişəcək. Müharibədə sizi heç kim dəstəkləməyəcək”.
Ölkə.Az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
O əlavə edib ki, belə oldu: “Belə bir proses proqnozlaşdırılırdı. Ona görə yox ki, mən böyük proqnozlaşdıran adamam.
Amma dediyim hər şey mediada var. Müvafiq səsyazma var. Bütün bunlar olub. Mənim Zelenskiyə yazığım gəlir.
Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”.
Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə gəldikdə Lukaşenkonun fikrincə, Putin proseslərin belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü: “Əks halda, o, danışıqlara getməzdi.
Çoxlu sayda insanın həlak olduğunu görəndə Putin dərhal münaqişəni dayandırmaq, razılığa gəlmək üçün danışıqlara getdi.
Tam oxu
Xəbəri oxu