Lukaşenko Putinə səsləndi: Onlar müharibəyə hazırlaşır...

27.11.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərb siyasətçiləri müharibəyə hazırlaşır və Ukraynanı silahla təmin etməyə davam edirlər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Bişkekdə keçirilən sammitində deyib.

“NATO ölkələrinin 2025-ci ildə ümumi müdafiə xərcləri təxminən 1,6 trilyon dollar olacaq. Bu arada, Almaniyanın hərbi ambisiyaları artır və hərbi xərclərini də əhəmiyyətli dərəcədə artırmaq planları var. Polşa 2026-cı ildə müdafiəyə təxminən 55 milyard dollar (ÜDM-in təxminən 5%-i) ayıracaq və bu sahədə NATO lideri olacaq.

Bütün bunlar Qərb siyasətçilərinin qəsdən müharibəyə hazırlaşdığını göstərir. Vladimir Vladimiroviç, müharibəyə hazırlaşan biz deyilik, onlardır”, - Lukaşenko bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью