Lukaşenko Putinlə Belarus və Rusiyanın birləşməsini müzakirə etmədiyini bildirib

26.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə gələcək planları müzakirə edir, lakin iki ölkənin bir dövlətdə birləşməsindən söhbət getmirdi.

APA xəbər verir ki, bu barədə Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə deyib.

"Bəli, biz necə yaşayacağımızı, necə əməkdaşlıq edəcəyimizi müzakirə edirik", - o deyib. Onun sözlərinə görə, Putinlə söhbətlərdə bir dövlətə birləşmək barədə heç nə olmayıb.

Lukaşenko qeyd edib ki, Rusiya ilə Belarus arasında münasibətlərdə hər şey rahat deyil, lakin onlar çətinlikləri dəf edərək irəliləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью