Lukaşenko Putinlə danışdı, AES müzakirəsi aparıldı

16.11.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Məlumata görə, liderlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər, həmçinin Belarus Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisini gündəmə gətiriblər.

Bundan əlavə, prezidentlər iki ölkənin sərhədindəki vəziyyətdən danışıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью