Lukaşenko Putinlə görüşəcək

26.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 27-də Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək və burada Rusiya lideri Vladimir Putinlə də ikitərəfli görüş keçirəcək. 

Ölkə.az xəbər verir ki, sammitdə liderlər KTMT-nin sessiyalararası dövrdə fəaliyyətinin nəticələrini yekunlaşdıracaq, beynəlxalq və regional təhlükəsizlik məsələlərini həll edəcəklər. 

Sammitdəki çıxışında Belarus lideri Avrasiya regionunda kollektiv təhlükəsizliyin aktual problemlərinə toxunacaq və tərəfdaşlardan xüsusi diqqət tələb edən sahələri qeyd edəcək. 

Lukaşenkoya yaxın Telegram kanalın məlumatına görə, Belarus prezidenti Qırğızıstana səfərindən sonra Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər edəcək.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью