Lukaşenko Putinlə görüşəcəyi tarixi açıqladı

27.02.2025

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qarşıdakı səfərini və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını açıqlayıb.

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə BELTA agentliyi məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, onun Rusiyaya səfəri bir həftədən sonra baş tutacaq.

“Bir həftədən sonra Vladimir Putinlə Moskvada görüşəcəyik və bütün məsələlər barədə ətraflı danışacağıq. Biz telefonda bu barədə danışdıq ki, görüşəcəyik və bütün məsələləri ətraflı müzakirə edəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью