Lukaşenko “qaçaq” müxalifətə, onun ölmünü görməyəcəklərini deyib

15.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko xaricdəki müxalifətə deyib ki, onlar onun ölməsini gözləyirlər, amma bunu görməyəcəklər.

Bizimyol.info xəbər verir ki, bunu Lukaşenko 2025-ci il üçün dövlət investisiya proqramının təsdiqi ilə bağlı hesabatı açıqlayarkən deyib.

“Və belə çıxır: bəzi qaçaq müxalifətçilər və digərləri prezidentin ölməsini gözləyirlər: "O, öləcək, səsi də əvvəlki kimi deyil, danışmaq onun üçün çətindir", deyirlər. Çox gözləyəcəksiniz. Digərləri isə süpürgə altında siçan kimi gizlənib düşünür: "Az qalıb, bu gedəcək" Uşaqlar, bu da işləməyəcək". Söhbət iqtisadiyyatın inkişafından gedir. Biz bunun üçün çalışırıq. Nə kiminsə gedəcəyini, nə də sehirli çubuğun nə vaxtsa işə yarayacağını gözləmirik. Siz də gözləməyin, görməyəcəksiz", - deyə Lukaşenko qeyd edib.

Lukaşenko yanvarın 8-də “Mənəvi dirçəliş naminə” mükafatının, mədəniyyət və incəsənət xadimlərinə verilən xüsusi mükafatların təqdimat mərasimində çıxış edərkən, boğuq səslə danışıb. Bu da, müxalifət qüvvələrinin diqqətini cəlb edib.

Qadir, Bizimol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью