Lukaşenko: Qərbdəki ekstremistlər Belarusa müdaxiləyə hazırlaşır

26.01.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qərbdəki ekstemistlər 2030-cu ilə kimi Belarusa müdaxilə etməyə hazırlaşırlar".

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir. Ölkə lideri iddia edib ki, Qərbdəki ekstremistlər strateji olaraq 2030-cu ilə hazırlaşır:

“Bunun üçün strukturlar yaradılır və maliyyələşdirilir”.

A.Lukaşenko söyləyib ki, ABŞ və Avropa istənilən əlverişli fürsətdə Litva və Polşadan qoşun göndərəcək, məhz buna görə NATO qüvvələri yenidən qruplaşdırılır.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью