Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, o, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, danışıqlar prosesində hər şey mümkündür.
“Mən bu cür variantları istisna etmirəm. Əsas məsələ sülhdür. Hansı silahların olması və onları kimin harada yerləşdirməsi artıq sülhün əsas səbəbi ola bilər. Buna görə də mən istənilən həlli dəstəkləyirəm”, - Belarus lideri bildirib.
Qeyd edək ki, Rusiya 2023-cü ildə taktiki nüvə silahlarını Belarus ərazisində yerləşdirməyə başlayıb. Həmin ilin dekabrında Aleksandr Lukaşenko silahların daşınmasının başa çatdığını açıqlayıb. O, 2024-cü ildə Belarusda Rusiyaya məxsus onlarla nüvə başlığının olduğunu bildirsə də, dəqiq sayı açıqlanmayıb.
Mürtəza