Lukaşenko Rusiyaya səfər edib

29.04.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Belarus liderinin təyyarəsi bir müddət əvvəl Volqoqrad aeroportuna enib.

Bu gün Volqoqrada Rusiya Prezidenti Vladimir Putinlə Lulaşenkonun görüşü planlaşdırılır.

Putin və Lukaşenko Stalinqrad döyüşü Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyacaqlar. “Böyük İrs – Ümumi Gələcək” Beynəlxalq Forumunda çıxış edəcəklər.

Prezidentlər arasında cari məsələlərlə bağlı ayrıca ikitərəfli görüş də planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью