Lukaşenko: Ruslar artıq Minskə köçmək üçün müraciət edirlər...

21.11.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belarus rəhbəri rusları Belarusda ev aldıqlarına görə təriflədi...

...Aleksandr Lukaşenko Belarusun kənd yerlərində daşınmaz əmlak alan rusları tərifləyib.

SİA xəbər verir ki, bu barədə belaruslu prezidentin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko Smorqon şəhərindəki “Belagroterminal” istehsal və logistika kompleksinə səfəri zamanı deyib ki, “Ruslar böyükdür. Axın böyükdür. Onlar artıq Minskdən kənarda da sizə, bura yaxınlaşırlar. Onlar bütün bu kiçik evləri alırlar”. Onun sözlərinə görə, daşınmaz əmlakı əsasən zəngin ruslar alır. Onlar nəinki kiçik kənd evləri alır, həm də öz yerində yeni yaşayış evi tikir, sonra uşaqları ilə gəlirlər.

Lukaşenko həmçinin Belarus vətəndaşlarını kənd yerlərində daha aktiv daşınmaz əmlak almağa çağırıb. O, ruslar və Ukraynadan gələn miqrantların ölkədə yad olmadığını da vurğulayıb.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью