Lukaşenko: ŞƏT İnkişaf Bankı regionun iqtisadi suverenliyi üçün vacibdir

01.09.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Belarus prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tianjin şəhərində keçirilən sammitində çıxış edib.

Doğru.az xəbər verir ki, Lukaşenko ŞƏT İnkişaf Bankının yaradılmasını regionun iqtisadi suverenliyi istiqamətində mühüm addım kimi dəyərləndirib. O, bankın yalnız təşkilata üzv ölkələrin hər birində fəaliyyət göstərə biləcəyi halda faydalı olacağını vurğulayıb.

“Ancaq biz hamımız başa düşürük ki, bu bank “Şanxay ailəsi” ölkələrinin hər birində fəaliyyət göstərə bilsə faydalı olacaq”, – Belarus lideri deyib.

Çin sədri Si Tsinpin isə sammitdə çıxışı zamanı ŞƏT İnkişaf Bankının tezliklə yaradılmasına çağırış edib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью