Lukaşenko: Sizin fədakarlığınız heyranlıq doğurur

25.08.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur. Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.


Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью