Lukaşенко Trampa Putinə təzyiq göstərməməyi tövsiyə edib

25.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampa rusiyalı həmkarı Vladimir Putinə təzyiq göstərməməyi tövsiyə edib.

525.az xəbər verir ki, bu barədə Lukaşenko “Le Point”ə müsahibəsində bildirib.

“Sadəcə ona ürəkdən uğurlar arzuladım və dedim: “Donald, Putinlə ünsiyyət qurarkən tələsmə”. Onlar artıq danışıqlar aparırdılar. Mən ona necə davranmalı olduğunu tövsiyə etdim: “Donald, Putinə təzyiq göstərmə, bunun faydası yoxdur. Putin Amerika Birləşmiş Ştatlarının nə olduğunu yaxşı başa düşür”, - o, Fransa KİV-ə bildirib.

Lukaşenko qeyd edib ki, 2025-ci ilin avqustunda Rusiya və ABŞ prezidentlərinin Alyaskada keçirilən sammitindən əvvəl Trampla baş tutan telefon danışığı onun ABŞ lideri ilə ilk təması olmayıb: 

“Bunu niyə ilk dəfə hesab edirsiniz? Bu barədə mediada məlumat yayıldı, biz özümüz də bunu ictimailəşdirdik. Amma bu, ABŞ Prezidenti ilə daha əvvəl heç bir əlaqəmizin olmadığı demək deyil”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью