Lukaşenko Trampın adından hədələdi: O düşünür ki...

18.12.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Münaqişə davam edərsə, Ukrayna xəritələrdən silinə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Newsmax TV”yə müsahibəsində deyib.

“Əgər Ukrayna Rusiyanı məğlub edə biləcəyinə inanırsa və müharibə aparmağa hazırdırsa, qoy döyüşsün. Amma fikrimcə, ABŞ Prezidenti Donald Tramp düşünür ki, əgər biz bu cür mübarizə aparmağa davam etsək, Ukrayna xəritədən tamamilə yox olacaq”, – o bildirib.

Lukaşenko əlavə edib ki, münaqişənin davam etməsi Avropa və dünya üçün  də çətin sonluqla nəticələnə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью