Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, heç kim ABŞ prezidenti Donald Trampla ondan daha səmimi danışmır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, bu barədə Belarus prezidentinə istinadən "Kommersant" qəzeti yazıb.
Tramp üzərində hər hansı bir təsirinin olub-olmadığı ilə bağlı suala cavab olaraq Lukaşenko: "Allah eləməsin! Ümumiyyətlə, Tramp heç bir təsirdən xoşlanmır. Amma dünyada onunla məndən daha səmimi danışa biləcək heç kim yoxdur!", - deyə qeyd edib.
Eyni zamanda, Belarus prezidenti əlavə edib ki, indi Ukrayna münaqişəsində vasitəçilik etmək üçün "ən optimal vaxtdır" və o, bunu etməyə hazırdır.
Qadir, Bizimyol.info