Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı təhdid edib.
Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
"Ola bilsin ki, onlar 500 hədəf müəyyən ediblər, bizim isə bir ciddi hədəfimiz var, dəqiq koordinatları ilə Belarusa çox yaxın hədəf. Onlar da bunu başa düşürlər",- Lukaşenko bildirib.
Qeyd edək ki, Belarus prezidenti bu bəyanatı Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin Ukrayna hərbçilərinin artıq Belarus ərazisində 500 hədəf müəyyən etdiyi barədə xəbərdarlığından sonra verib.