Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

15.06.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus lideri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Aleksandr Lukaşenko görüşdə problemli məsələlərin müzakirə olunacağını bildirib:

"Yaxın vaxtlarda görüşmək və bizə aid olan problemli məsələləri müzakirə etmək barədə razılığa gəldik. Çünki aramızda belə bir razılaşma var: əgər hökumət hansısa məsələni həll edə bilmirsə, bu, iki prezidentin diqqət mərkəzində qalır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью