Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenko ordusunun mümkün hücuma qarşı quru əməliyyata hazır olmağa çağırıb.
Axar.az Belarus mediasına istinadla xəbər verir ki, bu barədə o hərbçilərlə görüşündə deyib.
"Son münaqişə İsraillə İran və ABŞ arasında silahlı toqquşmadır. Bu nə göstərdi? Yaxşı, bombaladılar. Bombalar və raketlər atdılar.
Bəs yaxşı, qazandılarmı? Yox. Yerüstü əməliyyat olmadan heç bir yol yoxdur",- Lukaşenko bildirib.