Lukaşenko Zelenskini hədələdi

26.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Belarus Ukraynadakı müharibəyə cəlb edilsə, prosesin xarakteri tamamilə dəyişəcək”.

Gununsesi.info  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə deyib.

“Minskdəki görüşdə Volodimir Zelenskinin nümayəndələrinə söylədim: uşaqlar, bunu prezidentinizə çatdırın, əgər o düşünürsə ki, bizimlə bu cür danışmaq və üstəlik bizi müharibəyə cəlb etmək olar, onda müharibənin xarakterinin dərhal dəyişəcəyini də anlamalıdır”.

Lukaşenko vurğulayıb ki, bu halda söhbət tamamilə başqa müharibədən gedəcək.

Belarus liderinin sözlərinə görə, Zelenski bu bəyanata cavab verib. O iddia edib ki, Kiyevdə Belarusun müharibəyə cəlb edilməsinin yolverilməz olduğunu anlayırlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью