Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynadakı döyüşlər, ölkədə Vladimir Zelenskini sülhə məcbur edən qüvvələr üstünlük təşkil edənə qədər davam edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın Newsmax TV televiziya kanalına verdiyi müsahibədə bildirib:
“İndi çox şey Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqeyindən geri çəkilməsin. O, xarakterli, bəzən impulsiv bir insandır. Əgər bu məsələdə israr edərsə, nəticələr olacaq. Avropalıların bu barədə səs-küy salmasına ehtiyac yoxdur”.
Lukaşenko deyib ki, Ukraynada müharibə Zelenskini sülhə məcbur edəcək qüvvələr qalib gələnə qədər davam edəcək.
Fuad