Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qarefinə doğum günü münasibətilə təbrik göndərib.
"Cebheinfo.az" xəbər verir ki, təbrikdə deyilir:
“Bütün həyatınız xristian kilsəsinə və erməni xalqına yüksək xidmətin, fədakarlığın və sonsuz sədaqətin nümunəsidir".
Lukaşenko daha sonra qeyd edib:
“Sizin yorulmaz ruhani fəaliyyətiniz, müdrik rəhbərliyiniz və ənənəvi dəyərlərə sadiqliyiniz həm Ermənistanda, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb.”
O, həmçinin II Qareginə möhkəm cansağlığı, tükənməz enerji və uğurlar arzulayıb. Xatırladaq ki, hazırda Ermənistanda katalokosun da ittiham olunduğu məhkəmə prosesi keçirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın günahlandırdığı şəxslər arasında onun da adı var. Baş nazir dəfələrlə katalikosu ittiham edən açıq çıxışlar səsləndirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin