Lukaşenkodan Ağ Evə mesaj: Donald Trampa deyin ki...

20.03.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belarus ABŞ-la böyük bir razılaşmaya hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Aleksandr Lukaşenko məlumat verib.

“Danışıqlar zamanı — üçüncü və ya dördüncü raundda — amerikalılar ABŞ Prezidenti Donald Tramp adından gündəlikdəki bir sıra məsələləri əks etdirəcək böyük bir razılaşmanın bağlanmasını təklif etdilər”, – deyə o bildirib.

Belarus lideri iki ölkə arasında bağlanan razılaşmanın vacibliyini, eləcə də bu məsələdə şəxsi marağını vurğulayıb:

“İnkar etmirəm, bu, Belarus və mənim üçün vacibdir. Ona görə də  “Donalda Trampa deyin ki, mən bu böyük sövdələşməni hazırlamağa razıyam” dedim. Məsələ hazırda Amerika hakimiyyəti üçün prioritet olmaya bilər, lakin proses davam edir”.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью