Lukaşenkodan İrana dəstək: Tək deyilsiniz

27.06.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“(ABŞ və İsrail tərəfindən) İranın nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn ən təhlükəli şəkildə pozulması deməkdir”.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və 1949-cu il Cenevrə Konvensiyalarının ən təhlükəli şəkildə pozulmasıdır. Həmkarımıza (Prezident Məsud Pezeşkian) uğurlar, İran xalqına, yaxın adamlarımıza isə bu gün yaranmış bütün problemlərin öhdəsindən gəlməyi arzulayırıq. Biləsiniz ki, müqavimətinizdə tək deyilsiniz”, - Lukaşenko qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью