Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Erməni tərəfi hələ ki Minskdə Müqəddəs Qriqori erməni kilsəsinin açılışına dəvət almayıb.Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Minskdəki Müqəddəs Qriqori erməni kilsəsi 2025-ci ilin mayında fəaliyyətə başlayacaq.
Ermənistan Xarici İşlər Nazirliyi “Minskə kimlər gedəcək?” sorğusuna “heç bir dəvət alınmayıb”, - cavabını verib.
Qeyd edək ki, hazırda rəsmi İrəvanla Minsk arasında münasibətlər rəvan deyil.
Münasibətlərdə gərginlik Belarus prezidenti Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb.
Baş nazir Nikol Paşinyan bildirib ki, müharibə zamanı Belarus lideri faktiki olaraq Azərbaycanın tərəfində olub.
Buna görə də Paşinyan Ermənistan rəsmilərinin Belarusa səfərini qadağan edib.