Lukaşenkodan SƏRT SÖZLƏR: “Yalandır!” KONKRET | Icma.az
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında iştirak üçün 1 milyard dollar ödənilməsinin zəruriliyi barədə yayılan məlumatı “yalan” adlandırıb.
“Bu xəstə insanlar növbəti dəfə özlərini rüsvay etdilər. Sadəcə sənədi oxumaq lazımdır.
Heç bir pul tələb olunmur”, – deyə Lukaşenko BELTA-ya açıqlamasında bildirib.
KONKRET.az xəbər verir ki, eyni zamanda o vurğulayıb ki, Şurada təsisçi qismində ilk üç il ərzində pulsuz iştirak etmək mümkündür.
“Amma əgər üç ildən sonra da orada qalmaq, səni yenidən seçmələrini, dəvət etmələrini və təyin etmələrini istəyirsənsə – 1 milyard dollar ödəməlisən və bundan sonra daha üç il fəaliyyət göstərə bilərsən.
Yəni 1 milyard yalnız üç ildən sonra işləmək istəsən lazımdır”, – deyə Lukaşenko qeyd edib.
Rəsmiyyə Şərifova, KONKRET.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu