Lukaşenkodan Trampa mesaj: Sizə bu lazımdır?!

16.12.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Venesuela ilə müharibə ABŞ üçün “ikinci Vyetnam”a çevrilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, iki ölkə arasındakı problemlərin sülh yolu ilə həlli ən yaxşı seçimdir:

“Mən tamamilə əminəm ki, ABŞ bütün məsələləri tamamilə dinc yolla həll edilə bilər. Müharibə heç bir yerə aparmayacaq. Dünən bu barədə ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Kolla da danışdım. Ona dedim ki, bu, başqa bir Vyetnam olacaq. Sizə bu lazımdırmı? Xeyr, lazım deyil. Ona görə də döyüşməyə ehtiyac yoxdur”.

Belarus prezidenti yaxın gələcəkdə ABŞ prezidenti Donald Trampla Venesuela ilə münaqişəni müzakirə edəcəyinə söz verib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью